Haqqımızda

Azərbaycan bazarında öz sözünü demiş Comfort Home 2009-cu ildə yaradılmışdır! Əsas istiqaməti jalüz və ağcaqanad torları olsa da illər keçdikcə bu fəaliyyət növünə cam balkon, məhəccər, Hebe Schiebe kimi yeni məhsullar çeşid olaraq “Comfort Home” istehsal etdiyi məhsullar sırasında özünə məxsus bir yer tutmuşdur! Azərbaycanın demək olar ki, bütün bölgələrində təmsil olunan “Comfort Home” bundan başqa Türkiyə Cümhuriyyətində, Rusiya Federasiyasında və hətta Çernoqoriya kimi Avropa ölkəsində də öz uğurlu layihələri ilə alıcıların hörmət və rəğbətini qazanmışdır! Xarici layihələrimizdən olan Rusiyanın Dərbənd şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə yerləşən internat məktəbində pəncərələri bizim zebra tipli jalüzlər 2016-cı ildən keyfiyyət və gözəllik baxımından bu günə kimi göz oxşayır! Çankırı bölgəsində yerləşən Prestij otelində “Comfort Home” olaraq quraşdırdığımız motorlu pərdə sistemləri gələn müştərilərin könlünü oxşayır və rahatlıq yaradır. Çernoqoriyanın Budva şəhərində administrativ binanın pəncərələrində 2014-cü ildən bizim məhsulumuz öz zərifliyi və mükəmməl görünüşü ilə insanların könlünü oxşayır!


“Comfort Home”un digər şirkətlərdən fərqi və uzun ömürlü olması müştərilərlə daima təmasda olub və onların zövqünə uyğun komfortu yaratdığı üçündür. Bir çox müştərilərimizlə biz artıq dostluq və yoldaşlıq əlaqələri qurmuşuq və ümüdvarıq ki, Sizinlə də müştəri və satıcı kimi tanışlığımız başlasa, daha sonra Siz bizim şirkətimizi öz yaxınlarınıza tövsiyə edəcəksiz!

Hal-hazırda bizim istehsal gücümüz bizə icazə verir ki, biz artıq dünya bazarına çıxaq! Gələcək planlarımızda dünya nəhəngləri olan ebay, amazon, alibaba, aliexpress kimi platformalarda yaradılacaq onlayn satış mağazalarımızdan dünyanın hər bir yerindən yararlanmaq mümkün olacaq!  Bu planlarımızı 2023-cü ilin sonuna kimi həyata keçirmək üçün məqsədyönlü işlər və danışıqlar aparırıq. Hal-hazırda kollektivimiz 20 nəfərə çatmışdır ki, biz ərazimizi böyütməklə istehsalda çalışan əməkdaşlarımızın da sayını artırmaq niyyətindəyik. Pandemiyanın tüğyan etdiyi bir zamanda  “Comfort Home” öz satışlararını sayt vasitəsiylə onlayn şəkildə həyata keçirirdi.
Məqsəd və amalımız Azərbaycanda Xalqımıza münasib qiymətlə yüksək keyfiyyətli məhsul təqdim etməkdir! Əlbəttə ki, bizim qarşımızda olan məqsədlər təkcə bununla kifayətlənmək deyil, biz xaricdə də öz xidmətlərimizi göstərmək niyyətindəyik. Belə ki, Prezidentimizin sahibkarlara yaratdığı imkanlardan bəhrələnərək “Made in Azerbaijan brendini daha da yüksəklərə qaldırmaq üçün əlimizdən gələni etməliyik! Yəqin ki, bu işdə Sizlər də bizə dəstək olub bizə uğurlar diləyəcəksiz! Təşəkkürümüzü işimizin keyfiyyəti ilə Sizə bildirməkdən şad olarıq!

Sizin komfortunuz bizim işimizdir!


Hörmətlə,

Vüqar Abdullayev


Güvənli Alışveriş

Sürətli Çatdırılma

Özəl Fürsətlər

Bol Bol Taksit

Keyfiyyətli Məhsul