Çatdırılma və Quraşdırılma

 

Çatdırılma

 

Məhsulu sifariş etdikdən sonra sifariş barədə e-mailinizə bildiriş gəlir. Sifarişdən sonra saytın menecerlərindən biri sizinlə əlaqə saxlayır və  dəqiqləşdirmə aparıb sizin istəyinizlə bağlı sualları verir.

HazırOutlet məhsulları olduqda çatdırılma 1-2 iş günü ərzində həyata keçirilir. Xüsusi ölçülərlə sifariş oldunan, məhsullar həcmindən asılı olaraq 3-6 iş günü ərzində hazırlanır və çatdırılır.

Hazır və Outlet məhsullarına çatdırılma daxil deyil. Hazır və Outlet məhsullarını bizim satış mərkəzindən və ya saytın meneceri Sizinlə əlaqə saxlayarkən çatdırılmanı istədiyiniz ünvana sifariş edə bilərsiniz.

Bakı, Abşeron şəhər, rayon, kəndləri və Sumqayıt ərazisinə çatdırılma üçün əlavə ödəniş tələb olunur. (Ünvandan asılı olaraq 10-20 AZN). 200 AZN və yuxarı alış-veriş olduqda  Bakı, Abşeron şəhər, rayon, kəndləri və Sumqayıt şəhərinə çatdırılma ödənişsiz həyata keçirilir.

Azərbaycan rayonlarına da çatdırılma üçün əlavə ödəniş tələb olunur (50 AZN). 400 AZN və yuxarı alış-veriş olduqda Azərbaycan rayonlarına çatdırılma ödənişsiz həyata keçirilir.


E-mailinizə bildiriş gəlməsə, e-mailinizdə SPAM qovluğunu yoxlayın.

Hər hansı bir problem olarsa, bizimlə əlaqə saxlayın: e-mail, telefon, Facebook, Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayın.

 

 

Çatdırılma haraya olur?

 

Yerləşmə mövqeyindən asılı olaraq çatdırılma şərtləri dəyişir. Bakı şəhəri daxilində çatdırılma pulsuzdur. Bakı və Abşeron kəndləri və Sumqayıt ərazisində çatdırılma üçün əlavə xərc tələb olunur. (Ünvandan asılı olaraq 10-20 AZN).

Regionlara çatdırılma bizim tərəfimizdən həyata keçirilir. Regionlara çatdırılma ödənişlidir. Sifarişdən asılı olaraq bölgələrə məhsul çatdırılması mümkündür. Seçdiyiniz məhsulu səbətə əlavə etdikdən sonra səbət pəncərəsində çatdırılma ünvanı seçə bilərsiniz.

Hər hansı bir çətinlik olarsa, bizimlə: e-mail, telefon, Facebook, Whatsapp vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Qeyd: İnfrastrukturu olmayan yerlərə (hətta Bakının özündə belə) çatdırılma həyata keçirilməyə bilər. Belə problemlərlə üzləşməmək üçün əvvəlcədən dəqiqləşdirmə aparılmalıdır. Çatdırılma ünvanında binanın mərtəbələrinin sayı 6-dan çoxdursa, liftin olması vacibdir.

 

 

Çatdırılma vaxtı

 

Məhsulun növündən asılı olaraq çatdırılma 1-6 iş günü ərzində həyata keçirilir. Hazır və Outlet məhsulları 1-2 iş günü ərzində, Xüsusi ölçülərlə sifariş olunan məhsullar 3-6 iş günü ərzində çatdırılır.

Məhsul sifariş olunan gün çatdırılma günü kimi hesab olunmur.

Ümumiyyətlə çatdırılma vaxtı 11.00- 19.00 arası olur. Bazar günləri çatdırılma həyata keçirilimir.

Təcili sifarişlər üçün bizimlə: telefon, Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayın.


Quraşdırılma

Quraşdırılma məhsulu çatdırılma zamanı həyata keçirilir. Sifariş barədə e-mailinizə bildiriş gəldikdən sonra saytın menecerlərindən biri sizinlə əlaqə saxlayaraq, quraşdırılma detalları ilə bağlı suallar verir. Tavan tutacaqları sifarişə daxildir, divara quraşdırılma olduqda xüsusi Kranşteyn əlavə olunur. Kranşteyn ödənişlidir: 1 ədədi – 1.5 AZN. Sifariş vaxtı məhslu səbətə əlavə etdikdə açılan pəncərədə Kranşteyni seçə bilərsiniz.

HazırOutlet məhsullarına quraşdırılma daxil deyil. Quraşdırılmanı saytın meneceri Sizinlə əlaqə saxlayarkən sifariş edə bilərsiniz.

200 AZN-dən çox sifariş olduqda Bakı və Abşeron kəndlərinə quraşdırılma daxildir.

E-mailinizə bildiriş gəlməsə, e-mailinizdə SPAM qovluğunu yoxlayın.

Hər hansı bir çətinlik olarsa, bizimlə: e-mail, telefon, Facebook, Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayın.

 

 

Ev şəraitində quraşdırılma.

Jalüz pərdəni ev şəraitində quraşdırmaq çox asandır. Quraşdırılma 2 növdə mümkündü: 1) tavana quraşdırılma, 2) divara quraşdırlma. Quraşdırılma üçün aksesuarlar sifariş verilən məhsulun qablaşdırılmasında olur. Quraşdırmaq üçün Sizə perfarator və şurup bağalayan kifayet edər. Bizim Youtube kanalımızda və saytımızın Video qalereyasında ev şəraitində quraşdırılma haqqında video materiallarımız var. Onlardan yararlana bilərsiniz.

Hər hansı bir çətinliyiniz olarsa, bizimlə əlaqə saxlayın: telefon, Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayın.

 

 


Güvənli Alışveriş

Sürətli Çatdırılma

Özəl Fürsətlər

Bol Bol Taksit

Keyfiyyətli Məhsul